DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb
Hadisə
30 Mart , 2021 10:56
DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, martın 29-da törədilən 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi