"Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 600 nəfər istiqamətləndirilib".
"Report"un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda keçirilən birgə dinləməsində deyib.
O bildirib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərdən 2193-nün istifadəçi olması müəyyən edilib.