DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib

DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də
Hadisə
4 Avqust , 2022 16:10
DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

"Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi