DİN Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO

DİN Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO Daxili İşlər Nazirliyi (DİN) “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib
Hadisə
1107
2 İyun , 2021 17:51
DİN Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyi (DİN) “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib

DİN-in Mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir:

"Məlumat verildiyi kimi, “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik".

Son xəbərlər

Orphus sistemi