DİN: Azad edilmiş bütün ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub - VİDEO

DİN: Azad edilmiş bütün ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub - VİDEO “İşğaldan azad edilmiş bütün ərazilərimizdə polis orqanları fəaliyyət göstərir”
Hadisə
511
26 May , 2021 16:52
DİN: Azad edilmiş bütün ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub - VİDEO
0 : 00
0 : 00

“İşğaldan azad edilmiş bütün ərazilərimizdə polis orqanları fəaliyyət göstərir”.

Bunu “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub, əməkdaşlar öz didərgin düşdükləri, məcburi şəkildə zorla çıxarıldığı ata-baba yurdlarında xidmət aparırlar:

“Eləcə də Daxili Qoşunların hərbi qulluqçuları ərazidə xidmətə cəlb edilib. Bizi narahat edən hal isə vətəndaşların işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsidir. Bu gün ərazilərdə mina təhlükəsi var. Bir daha qeyd edirəm, icazəsiz işğaldan azad edilmiş ərazilərə keçmək olmaz”.

Son xəbərlər

Orphus sistemi