DİN AXCP-nin qadın fəalı ilə bağlı məhkəməyə müraciət edilməsinin səbəbini açıqlayıb

DİN AXCP-nin qadın fəalı ilə bağlı məhkəməyə müraciət edilməsinin səbəbini açıqlayıb Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib.
Hadisə
30 Avqust , 2022 13:54
DİN AXCP-nin qadın fəalı ilə bağlı məhkəməyə müraciət edilməsinin səbəbini açıqlayıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini polis polkovniki İlham Babayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsinə səbəb G.Rəhimovanın DİN əməkdaşı haqqında fikirlərini fotolarla birgə sosial şəbəkələrdə tirajlayıb kütləvi təhqirlərin yazılmasına təşviq etməsidir:

"Görünən odur ki, polis əməkdaşların bu yolla qəsdən sosial şəbəkələrdə linç edilməsinin təşviqi məqsədlidir. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər faktlar var ki, bəzi xanımlar aksiya iştirakçısı kimi, polis əməkdaşlarını aksiyalarda həm kamera önündə həm də çəkiliş olmayan yerlərdə aqressiv davranışa, böhtana, təhqirə məruz qoyurlar. Lakin polis tərəfindən aksiyalarda aqressiya nümayiş etdirən hər hansı aksiya iştirakçısı olan xanıma qarşı indiyə qədər hər hansı formada iddia qaldırılmayıb, hüquqi tədbir görülməyib. O və digəri aksiyalarda dəfələrlə qəsdən belə hüquqazidd hallar törətmələrinə baxmayaraq, polis səbr və təmkin nümayiş etdirib".

"Polis əməkdaşlarına qarşı bu kimi neqativ halların hüquqi məsuliyyət yaratdığını diqqətə çatdıraraq bildirirəm ki, hüquqi və etik baxımdan düzgün olmayan bu əməllər yolverilməzdir", - DİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi