DİN Ağsu sakininin iddialarına münasibət bildirib

DİN Ağsu sakininin iddialarına münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) Ağsu şəhər sakininin oğlunun öldürülməsi faktının düzgün araşdırılmadığı iddialarına münasibət bildirib.
Hadisə
190
14 Oktyabr , 2021 16:36
DİN Ağsu sakininin iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Ağsu şəhər sakininin oğlunun öldürülməsi faktının düzgün araşdırılmadığı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovun "Report"a verdiyi məlumata görə, iyunun 15-də yetkinlik yaşına çatmayan Ağsu şəhər sakinləri - Cabir Müseyibov və Nihad Məmişov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib: "Nəticədə Cabir Müseyibov Nihad Məmişova fiziki güc tətbiq edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sonuncu aldığı xəsarətlərdən Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə müalicəsinin davam etdirilməsi səbəbi ilə Bakı şəhərinə, Respublika Neyrocərrahiyə xəstəxanasına təxliyə olunub.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, şahidlərin izahatları alınıb, zəruri istintaq hərəkətləri icra edilib. Hadisəni törədən Cabir Müseyibov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib".

"Nihad Məmişovun hadisə zamanı aldığı xəsarətlərdən iyunun 20-də müalicə aldığı xəstəxanada ölməsi səbəbindən cinayət işinin maddəsi tövsif edilərək istintaqın davam etdirilməsi üçün Ağsu Rayon Prokurorluğuna göndərilib. Hazırda da prokurorluqda araşdırma aparılır", - M.Məsimov bildirib.

Son xəbərlər

Orphus sistemi