DİN: Yevlaxda avtobus qəzası zamanı yaralanan 2 nəfərin vəziyyəti orta-ağırdır

DİN: Yevlaxda avtobus qəzası zamanı yaralanan 2 nəfərin vəziyyəti orta-ağırdır Hadisə Bakı-Qazax avtomobil yolunda baş verib
Hadisə
11 Mart , 2018 23:33
DİN: Yevlaxda avtobus qəzası zamanı yaralanan 2 nəfərin vəziyyəti orta-ağırdır

Bakı. 11 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, bildirilir ki, bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri, əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi