Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə həbs cəzası verilib - YENİLƏNİB-2

Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə həbs cəzası verilib - YENİLƏNİB-2 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb.
Hadisə
18 Aprel , 2019 19:23
Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə həbs cəzası verilib - YENİLƏNİB-2

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb. 

"Report"un xəbərinə görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.


*** 13:30

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib. 

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.


*** 11:26

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report"a açıqlamasında bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: "Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar".

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən gün Yasamal rayon ərazisində S.-nın küçədə Tural Qarayev adlı şəxslə mübahisə etməsi və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi