DİN yəhudi icması liderinin evinə edilmiş basqınla bağlı rəsmi məlumat yayıb

DİN yəhudi icması liderinin evinə edilmiş basqınla bağlı rəsmi məlumat yayıb Faktla bağlı əlavə istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
8 Dekabr , 2014 13:22
DİN yəhudi icması liderinin evinə edilmiş basqınla bağlı rəsmi məlumat yayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən basqınla bağlı məlumat yayıb. "Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq, onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirmiş və mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk etmiş şəxslər tutulub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər -Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar. 

Evdən aparılan pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi