DİN Xızıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

DİN Xızıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) ötən gün Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
11 Oktyabr , 2019 13:33
DİN Xızıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 10-da saat 11 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində rayon sakini T.Allahverdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi