DİN və DTX Qəbələdə əməliyyat keçirib

DİN və DTX Qəbələdə əməliyyat keçirib Əməliyyat zamanı qadağan olunan dini təyinatlı ədəbiyyat, video və audiokaset, kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb
Hadisə
13 Sentyabr , 2017 12:04
DİN və DTX Qəbələdə əməliyyat keçirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələdə keçirdiyi əməliyyat zamanı qadağan olunan dini təyinatlı ədəbiyyat, video və audiokaset, kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov Qəbələ Rayon Polis Şöbəsinə gətirilərək izahatları alınıb, götürülən əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi