Yuxarı

DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 6 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. "Report"un DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə avtomobildə yanğın baş verib. Nəticədə sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi