DİN tanınmış xanəndələrin qohumunun qəzada ölümü ilə bağlı məlumat yayıb

DİN tanınmış xanəndələrin qohumunun qəzada ölümü ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 24-də Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Hadisə
25 Sentyabr , 2019 12:29
DİN tanınmış xanəndələrin qohumunun qəzada ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 24-də Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ 2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi