DİN Suraxanıdakı aksiya ilə bağlı rəsmi məlumat yayıb

DİN Suraxanıdakı aksiya ilə bağlı rəsmi məlumat yayıb İzahedici söhbətlərdən sonra onlar fikirlərindən daşınaraq gediblər
Hadisə
27 Noyabr , 2014 13:21
DİN Suraxanıdakı aksiya ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi Suraxanı rayonunun Bülbülə qəsəbəsində yolu bağlamaqla aksiya cəhdi ilə bağlı rəsmi məlumat yayıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan izahedici söhbətlərdən sonra onlar fikirlərindən daşınaraq gediblər.

Son xəbərlər

Orphus sistemi