DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb

DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
27 Sentyabr , 2019 11:22
DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən "Report"a bildirilib ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi