DİN: Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

DİN: Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb.
Hadisə
5 Fevral , 2018 08:43
DİN: Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onların 39-u "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi