DİN qardaşın bacısını suda boğması ilə bağlı rəsmi məlumat yayıb

DİN qardaşın bacısını suda boğması ilə bağlı rəsmi məlumat yayıb Hadisə törədən şəxs polisə təslim olub
Hadisə
19 Dekabr , 2014 13:07
DİN qardaşın bacısını suda boğması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Mingəçevir şəhərində qardaşın doğma bacısını suda boğması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report"  nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 18-də Mingəçevir şəhərində Yevlax rayon sakini Asif Qasımov qısqanclıq zəminində bacısı Ruhiyyə Qasımovanı itələyərək Kür çayına yıxıb və suda boğub. A.Qasımov könüllü olaraq Mingəçevir Şəhər  Polis  Şöbəsinə gələrək təslim olub.

R.Qasımovanın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi