DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir”

DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir” “Arzuman Rəhimova qarşı heç bir zorakılıq və hər hansı formada təzyiq göstərilməyib”
Hadisə
3 Aprel , 2018 15:17
DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir”

Bakı. 3 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir Şəhər Polis Şöbəsində intihara cəhd hadisəsi barədə rəsmi açıqlama verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Arzuman Rəhimov ötən ilin dekabrın 12-də Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanadan dəyəri 660 manat olan "Samsung" markalı televizorun, bu il martın 12-də isə bir vətəndaşın mənzilindən, təxminən, 7-8 min manat dəyərində müxtəlif növ əşyaların oğurlanmasında şübhəli bilinərək Şəhər Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs edilib: “Törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq məqsədilə Arzuman Rəhimov aprelin 1-də müvəqqəti saxlama yerində mənşəyi məlum olmayan yad cismi udaraq bu barədə postaçıya məlumat verib və o dərhal Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir və müalicəsi davam edir. Arzuman Rəhimova qarşı heç bir zorakılıq və hər hansı formada təzyiq göstərilməyib”.

Son xəbərlər

Orphus sistemi