DİN: Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub

DİN: Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub Bakı. 30 aprel. REPORT.AZ/ Daxili işlər orqanlarında son iki gündə qeydə alınan cinayət faktları və hadisələr haqqında statistika açıqlanıb.
Hadisə
30 Aprel , 2018 09:10
DİN: Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub

Bakı. 30 aprel. REPORT.AZ/ Daxili işlər orqanlarında son iki gündə qeydə alınan cinayət faktları və hadisələr haqqında statistika açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 28-dən 30-dək 155 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi