DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
12 Sentyabr , 2019 10:33
DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabr ayının 11-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi