DİN: Ötən gün ölkədə 90 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ölkədə 90 cinayət faktı qeydə alınıb Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılı
Hadisə
8 Mart , 2018 09:47
DİN: Ötən gün ölkədə 90 cinayət faktı qeydə alınıb

Bakı. 8 mart. REPORT.AZ/ Bu il martın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların 14-ü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi