DİN: Ötən gün 100-dən çox cinayət hadisəsi törədilib

DİN: Ötən gün 100-dən çox cinayət hadisəsi törədilib Onlardan 25-i “isti izlər”lə açılıb
Hadisə
2 Fevral , 2018 08:33
DİN: Ötən gün 100-dən çox cinayət hadisəsi törədilib

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, eləcə də, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi