Yuxarı

​DİN Nabranda oğlan və qızın qaçırılması barədə yayılan xəbərlərə münasibət bildirib

“Bu, polisin əməliyyatıdır”

Bakı. 31 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Nabranda yerləşən “Bulaq” istirahət mərkəzindən oğlan və qızın bir neçə şəxs tərəfindən qaçırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Report”a açıqlamasında qaçırılma hadisəsinin olmadığını söyləyib.

O deyib ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində insan alverinə qarşı reyd keçirib. Məzh əməliyyat-axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb: “Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi