DİN Mahir Emrelinin mənzilini qarət edən şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb

DİN Mahir Emrelinin mənzilini qarət edən şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan yığmasının və Qarabağ klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
Hadisə
18 Sentyabr , 2019 10:40
DİN Mahir Emrelinin mənzilini qarət edən şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. 

Polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilmiş və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi