DİN Lerikdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Lerikdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır
Hadisə
24 Dekabr , 2014 13:38
DİN Lerikdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb."Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 23-də Sumqayıt şəhər sakini Cəmaləddin Surətov Lerik şəhərində yaşayan qayınanası Lalə Əliyevanın evində olarkən ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Məhsətini və qayınanasını qətlə yetirib. Sonradan rayonun Perzəküçə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü də öldürüb. Lerik Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi