DİN Lənkəran sakininin 4 il əvvəl bacısını daşla döyərək öldürməsi və evinin yaxınlığında basdırması haqda məlumat yayıb

DİN Lənkəran sakininin 4 il əvvəl bacısını daşla döyərək öldürməsi və evinin yaxınlığında basdırması haqda məlumat yayıb Təranə Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür
Hadisə
4 Yanvar , 2017 14:30
DİN Lənkəran sakininin 4 il əvvəl bacısını daşla döyərək öldürməsi və evinin yaxınlığında basdırması haqda məlumat yayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb.

"Report"un DİN-in rəsmi saytına istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini T.Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

T.Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi