Yuxarı
    Bağlamaq

    DİN-in Polis Akademiyasında andiçmə mərasimi keçirilib

    Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında andiçmə mərasimi keçirilib.

    Bu baradə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, DİN-in Polis Akademiyasına yeni qəbul olunan və ilkin hərbi hazırlığı başa vuran müdavimlərin andiçmə mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

    Sonra müdavimlər sıra meydanında öz yerlərini tutaraq polis andı içiblər. Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.

    Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını çatdırıb, onlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan İlham Əliyevin inamla davam etdirdiyi dövlətçilik ənənələrinə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyə edib. Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi