DİN iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb

DİN iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb Məryəm və Səkinə Abdurəhmanova bu il aprelin 29-da yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar
Hadisə
26 May , 2015 17:08
DİN iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb

Bakı. 26 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2000-ci ildə Gəncə şəhərində anadan olmuş iki bacı-Məryəm və Səkinə Abdurəhmanova bu il aprelin 29-da gecə saat 01.00 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar. Qızların atasının adı Sabirdir. 

İtkin düşmüş bacıların xarakterik əlamətləri aşağıdakılardır:

Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Məryəm Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi