DİN Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
14 Oktyabr , 2019 14:40
DİN Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ 5320” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi