​DİN: Gəncədə evdən tapılan meyitin əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olub

​DİN: Gəncədə evdən tapılan meyitin əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olub Hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib
Hadisə
7 Noyabr , 2014 13:59
​DİN: Gəncədə evdən tapılan meyitin əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olub

Bakı. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. “Report”un xəbəbrinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi