DİN: Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub Bakı. 15 mart. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələrin sayı açıqlanıb.
Hadisə
15 Mart , 2018 09:32
DİN: Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub

Bakı. 15 mart. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələrin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 14-də 89 cinayət faktını qeydə alıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Eyni zamanda, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi