DİN, DTX və DSX əməkdaşları Cəlilabadda əməliyyat keçiriblər

DİN, DTX və DSX əməkdaşları Cəlilabadda əməliyyat keçiriblər Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.
Hadisə
16 Mart , 2019 12:34
DİN, DTX və DSX əməkdaşları Cəlilabadda əməliyyat keçiriblər

Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb. 

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi