Yuxarı
    Bağlamaq

    DİN: Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 29 iyul. REPORT.AZ/ Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi