DİN Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Yanvar , 2016 14:11
DİN Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb. Nəticədə E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi