Yuxarı
    Bağlamaq

    ​DİN: Bakıda çay evində qətl törətmiş şəxs polisə könüllü təslim olub

    Hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi götürülüb

    Bakı. 7 mart. REPORT.AZ/ Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birindən Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

    “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu Rayon Polis Şöbəsinə gedərək təslim olub. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

    Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi