DİN Bakıda baş verən dəhşətli qətl və intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Bakıda baş verən dəhşətli qətl və intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 May , 2016 10:56
DİN Bakıda baş verən dəhşətli qətl və intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 10 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıb.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, mayın 9-da İmişli rayon sakini Şahin Qurbanov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib. Ş.Qurbanov daha sonra isə özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi