DİN "Azərsu” ASC-nin “Ağdaş Sukanal” TSC-nin şöbə rəisinin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

DİN "Azərsu” ASC-nin “Ağdaş Sukanal” TSC-nin şöbə rəisinin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb Cinayət əməlini törədən şəxs saxlanılıb
Hadisə
29 Dekabr , 2016 12:07
DİN Azərsu” ASC-nin “Ağdaş Sukanal” TSC-nin şöbə rəisinin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi "Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi Elçin Babayevin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılıb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllər məhkum olunmuş Pərviz İsmayılov tutulub. Ondan "Makarov" markalı tapança götürülüb.

Son xəbərlər

Orphus sistemi