Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
“Report”un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, yanvarın 5-də saat 11 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakinləri İxtiyar Həsənovun və Xəlil Hüseynlinin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. X.Hüseynli hadisə yerində ölüb, İ.Həsənov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.