DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) ötən gün ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Hadisə
20 Sentyabr , 2019 12:47
DİN Atəşgah sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus olub.

Son xəbərlər

Orphus sistemi