Bakı. 15 mart. REPORT.AZ/ Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsində Asif Məmmədova (Mərzili) məxsus evin yanıdırılmasına cəhd göstərilməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.
O deyib ki, naməlum şəxslər Xətai rayonunda Asif Məmmədova məxsus evin taxtadan olan pəncərəsini yandırıblar: "Yanğını ev sahibi özü söndürüb. Nəticədə pəncərənin çərçivəsi qismən yanıb. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları gəlib. Hazırda evin yanıdırılmasına cəhd göstərilməsi hadisəsi ilə bağlı araşdırma aparılır".
Qeyd edək ki, Asif Mərzili "Təzadlar" qəzetinin baş redaktorudur.