DİN Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərin saxlanılması barədə məlumat yayıb

DİN Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərin saxlanılması barədə məlumat yayıb Hər iki faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin istintaq və təhqiqat qruplarında araşdırma aparılır
Hadisə
29 Yanvar , 2018 13:33
DİN Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərin saxlanılması barədə məlumat yayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri belə tədbirlər zamanı 5 nəfər saxlanılıb, onlardan ov silahları götürülüb.

Belə ki, rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Hacıqədirli kəndinin ərazisində isə kənd sakinləri Rafiq Əhmədov və qardaşı Azər qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan BORA və TOZ markalı ov tüfəngləri götürülüb.

Hər iki faktla bağlı Ağsu RPŞ-nin istintaq və təhqiqat qruplarında araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi