Deputatın avtomobili ilə qəza törədən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Deputatın avtomobili ilə qəza törədən şəxsin məhkəməsinin vaxtı açıqlanıb Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.
Hadisə
23 Aprel , 2019 09:19
Deputatın avtomobili ilə qəza törədən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi AbasovAzər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, Xəzər Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 26-na təyin edilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.

Xatırladaq ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.

Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, “Porsche Cayenne GTS” markalı avtomobil deputat C.Feyziyevin adınadır.

Son xəbərlər

Orphus sistemi