Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub Gələn həftə sənədlər tamamlanıb, məhkəməyə göndəriləcək
Hadisə
21 Sentyabr , 2017 17:34
Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

Bakı. 21 sentaybr. REPORT.AZ/ Milli Məclisin deputatı Çingiz Qənizadə özünə vəkil tutub.

"Report"un məlumatına görə, bu, Vəkillər Kollegiyasının üzvü, 1 saylı Hüquq Məsləhətxanasında çalışan Raqif Mustafayevdir.

R.Mustafayev "Report"a açıqlamasında bildirib ki, Milli Məclisin deputatı Ç.Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə vermək üçün onunla müqavilə imzalayıb.

Vəkil qeyd edib ki, Q.Salahzadə son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirdiyi üçün məhkəməyə müraciət ediləcək: "Hazırda bununla bağlı sənədlər hazırlanır. Qalib Salahzadənin qeydiyyatda olduğu əraziyə əsasən, həmin rayonda yerləşən məhkəməyə müraciət ediləcək. Yəqin ki, gələn həftə sənədlər tamamlanıb, məhkəməyə göndəriləcək".

R.Mustafayev söyləyib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. 

Son xəbərlər

Orphus sistemi