Deputat: "Belə söhbət gəzir ki, Bakıda avtobus sürücüləri narkotik vasitələrdən istifadə edirlər"

Deputat: "Belə söhbət gəzir ki, Bakıda avtobus sürücüləri narkotik vasitələrdən istifadə edirlər" "Xarici ölkələrdə nəqliyyat vasitələrini sürətlə idarə edənlər cinayət məsuliyyətinə cəlb olunur"
Hadisə
16 Dekabr , 2014 14:04
Deputat: Belə söhbət gəzir ki, Bakıda avtobus sürücüləri narkotik vasitələrdən istifadə edirlər

Bakı. 16 dekabr. REPORT.AZ/ “Bakıda bəzi avtobus sürücüləri 16 saat işləyir və vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri həmin yorğunluqlarını aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə edirlər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə nəqliyyat vasitələrini sürətlə idarə edənlər cinayət məsuliyyətinə cəlb olunur: “Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məlum oldu ki, sürücüdə xüsusi kart var və bu kart avtobusun içində quraşdırılan cihazda qeydiyyatdan keçir. Bu, o deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istifadə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycanda da bu məsələyə baxılmalıdır. Onun fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır: “Polis nə qədər fəaliyyət göstərsə də, bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi