Bakıda qatarın kişini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda qatarın kişini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb Dəmir yolu xəttində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb.
Hadisə
2 Fevral , 2023 14:35
Bakıda qatarın kişini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda qatarın kişini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi