"Dəmir Bank"a qarşı apellyasiya şikayətinə baxılıb

Hadisə
  • 18 dekabr, 2015
  • 05:48
Dəmir Banka qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Azərsu" ASC-nin "Dəmir Bank" ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

"Report"un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin "Dəmir Bank"ın xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

"Dəmir Bank" "Azərsu"yu məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank aktın mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Azərsu" şikayətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.