​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Hadisə
21 Sentyabr , 2015 14:02
​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feyruz Məmmədov və Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, F.Məmmədov və A.Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi