​Dələduzluqda təqsirləndirilən şəxslərin işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

​Dələduzluqda təqsirləndirilən şəxslərin işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib İş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb
Hadisə
3 May , 2016 14:07
​Dələduzluqda təqsirləndirilən şəxslərin işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Bakı. 3 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra qərar elan olunub. Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakinlərinin etimadını qazanaraq qaçqın və məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqlarını vəd etməklə onların pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyeva 9 il, V.Hüseynov 8 il 6 ay və H.Bağırov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslər ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi