Yuxarı

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Məhkəmənin hökmü ilə Elmir Nərimanov 10 il, Elçin Abasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmir Nərimanov və Elçin Abasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Nərimanov 10 il, E.Abasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məhkəməsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi